525.Az

Bazar günü ictimai nəqliyyat işləyəcək


 

Bazar günü ictimai nəqliyyat işləyəcək <b style="color:red"></b>

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Bu barədə 525.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, 20 iyun bazar günü olmasına baxmıyaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.

 

 





18.06.2021    çap et  çap et