525.Az

Şuşa Bəyannaməsi - ibrət, sədaqət və etibar dərsi...


 

Şuşa Bəyannaməsi - <b style="color:red">ibrət, sədaqət və etibar dərsi... </b>

Kamil Vəli, filologiya elmləri doktoru:

- Şuşa Bəyannaməsi ibrət, sədaqət, etibar dərsidir. Türkiyə-Azərbaycan qardaşlığı əbədidir.  

Asif Nərimanlı, jurnalist:

- Və beləliklə, Qarabağda, həm də bütün bölgədə güc balansı Bakının xeyrinə dəyişdi.

Azad Əliyev, jurnalist:

- Bir az əvvəl Şuşada Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndi. O qədər möhtəşəm mənzərə idi ki, duyğulanmamaq mümkün deyildi. 

İbrahim Nəbioğlu, jurnalist:

- Şuşada İstiqlal Marşı...

Hisslər və duyğular burulğanı... 

Dilqəm Əhməd, jurnalist:

- Qarşılıqlı hərbi yardım! Möhtəşəm!..

Mehriban Vəzir, yazıçı-publisist:

- Min dərdimizin bir çarəsi: BİRLİK!!! 

Elxan Şahinoğlu, politoloq:

- Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Qarabağa və Şuşaya səfəri və burada İlham Əliyevlə imzaladığı tarixi sənəd erməniləri yaman qorxudub, Ermənistanın olmayan Xarici İşlər Nazirliyi Qarabağdakı separatçılarla birgə açıqlamalar yayımlayıblar. Həmin açıqlamalarda ağıllarına gələn məntiqsizlikləri yazıblar, təkrarlamağa ehtiyac yoxdur, sadəcə Rusiyaya çağırışları diqqətimi çəkdi. Bəyanatlarındakı həmin cümlənin məğzi beləydi ki, "Ermənilər Türkiyənin Qarabağ gəlişini əngəlləyə bilməyəcəklər, Türkiyəni yeganə Rusiya saxlaya bilər, kömək edin..."

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə görüşmək üçün Cenevrəyə yola düşüb. Kreml sahibi bu saat Baydenlə görüşün detalları üzərində fikirləşir. Putin Ərdoğanla münasibətləri korlamaq istəməz. Digər tərəfdən Türkiyə artıq Azərbaycan və Qarabağda möhkəmlənib və Rusiya müttəfiqimizi bölgədən çıxarmaq iqtidarında deyil. 

Alqış Musayev, jurnalist:

- Bu birlik - canımız, nəfəsimizdir!

Yaqub Öməroğlu, Avrasiya Yazarlar Birliyinin sədri:

- Azadlığına qovuşan, Azərbaycanın qədim şəhəri Şuşada vacib bəyannamə imzalandı. İki dövlət bir-birinin ərazi bütövlüyünü qoruyacaq. Xeyirli olsun.

Rövşən Əliyev, jurnalist:

- Keçən ilin bu günü kim təsəvvürünə gətirə bilərdi ki, Azərbaycan və Türkiyə prezidentləri 15 iyun 2021-ci ildə Şuşada müttəfiqlik müqaviləsi imzalayacaq? Allah böyükdür!..

Cavanşir Quliyev, bəstəkar:

- Şuşa Bəyannaməsi mənim və yaşıdlarımın 50 illik arzularının bir parçasıdır! Təşəkkürlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan.  

Müşfiq Şükürov, filosof:

- Dünən Cıdır düzündəki konsertə baxdım. Bir xoş məqam diqqətimi çəkdi rəqs kompozisiyalarında.

Demək, hazırkı professional Azərbaycan rəqs ənənəsi Stalinin zamanında formalaşdığından rəssamlar və baletmeysterlər bizi Qafqaz xalqlarına bənzətməyə çalışırdılar. Gürcülər kimi çərkəzi geydirərdilər rəqqaslarımıza, xəncər, patron, yapıncı, papaq,... biz də Qafqazlıyıq mesajını vermək üçün. Yalnız sonralar tərəkəmə mədəniyyətinin detalları da daxil olmağa başladı rəqslərimizə.

Bu gün xeyli cəsarətli yeniliklər hiss elədim rəqslərdə, geyimlərdə. Bu, özünə dönmədir. Türkçülük Azərbaycan mədəniyyətinin təməlidir. Necə ki, Kitabi Dədə Qorqud bizim Ana kitabımızdır. 

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Erməni başbilənlərinin "dünya birliyinə" ünvanlanan müraciət, bəyanat, şikayət, yeni "genosid" təhlükəsi ilə bağlı xəbərdarlıq, yalvarış  və s. xarakterli çığır-bağırlarını eşitmək xoşdur. Guya bununla nəyi isə dəyişəcəklər... 30 illik təcrübəmizdən bu "janrların" hikmətinə biz yaxşı bələdik.

Ədalətin qarantı gücdür. Daha güclü olmalıyıq. Bir millət kimi hər an düşmənin başına enməyə hazır olan dəmir yumruğa çevrilməliyik.

***

- Koçaryan Azərbaycanı qıcıqlandırmamağı məsləhət görür və Vətən müharibəsinin başlanmasını görməmiş Paşinyanın sarsaq hərəkətləri ilə izah etməyə çalışır. Guya belə olmasaydı, danışıqlar hələ azı 30 il də davam edə bilərdi. Unudur ki, bir vaxtlar özü də sifətinə ağıllı ifadə verməyə çalışaraq ədalı şəkildə siyasət qrossmeysteri  Heydər Əliyevə Cənubi Qafqazda yeni  reallıq yarandığı və Azərbaycanın  vəziyyətlə barışmaqdan başqa yolunun olmadığı haqda vəz edirdi. Bu mənada Paşinyanla ikisi də  eyni bostanın tərəvəzidir. Sadəcə o vaxtdan hazırlanan dəmir yumruq Paşinyanın və Koçaryan-Sarkisyan cütlüyünün yaman günə qoyduğu Ermənistanın adlı psevdodövlətin başına bizim günlərdə endi. Və yaxşı ki, Koçaryanla əlaltıları cəhənnəmə vasil olmayıb özləri  də bunu gördülər...

- Şahbaz Xuduoğlu, naşir:

-Vaqif İbrahimoğlunun gündəliklərini nəşr etdim.

Zaman keçdikcə onu daha tez-tez xatırlayıram. Özü, danışığı yazılarından çox maraqlı idi. Saatlarla danışardı, bilgisi azalmazdı. Adam var bildiklərin danışa bilmir, o isə danışdıqca şaxələnirdi...

Fazil Mustafa, millət vəkili:

- Diqqət yetirin, düşmən dayanmaq bilmir. Bir QHT dövlətdən də güclü fəaliyyət nümayiş etdirir. Amerika Erməni Milli Komitəsi (ANCA), Dağlıq Qarabağa yardımı artırmaq və ABŞ-ın Azərbaycana yardımını əngəlləmək məqsədilə  Qarabağ  üçün 250 milyon dollar yardım tələb edir, Əliyev rejiminə (burada Azərbaycan adını bilərəkdən vurğulamırlar ki, Azərbaycandan olan bəzi qüvvələri də bu prosesə qoşa bilsinlər) beynəlxalq maliyyə vəsaitlərinin və ya kreditlərin verilməsinin əngəllənməsini istəyir. Təklif, 2022-ci il üçün Maliyyə ili xarici yardım qanun layihəsini hazırlayan ABŞ Təmsilçilər Məclisinin iclasına təqdim olunub. Ona görə də arı kimi çalışmamız lazım. Bu cür təşəbbüsləri əhəmiyyətsizləşdirmək üçün effektli fəaliyyət formalarını Türkiyə ilə birlikdə gerçəkləşdirməyi bacarmasaq, bu axının qarşısında xeyli çətinliklər yaşayacağıq.

Elçin Alıoğlu, jurnalist:

- İranın Azərbaycanla olan dövlət sərhədinin yaxınlığında, Araz çayının kənarında İran İslam İnqilabının lideri, mərhum ayətulla Ruhulla Musəvi Xomeyninin rəsminin olduğu böyük bir lövhə quraşdırılıb.

Xudafərinin əks tərəfində, təpə yamacındakı lövhənin ölçüsü o qədər böyükdür ki, Xomeyninin rəsmi Azərbaycan ərazisində bir neçə kilometrdən görünür.

Qarabağın işğaldan azad edilməsi və Araz çayının şimalının Azərbaycan dövləti tərəfindən geri alınmasından sonra, indi İran hökuməti sərhəd boyunca ərazilərdə bir sıra tədbirləri gerçəkləşdirir.

Həm də onun rəsmi məqsədyönlü şəkildə və yalnız Azərbaycandan görünə biləcək şəkildə quraşdırılıb.

Araz çayının şimal bölgələri Ermənistan işğalında saxlanıldığı 30 il ərzində İran tərəfi sərhəd zolağında heç bir bayraq, habelə ayətulla Xomeyni və ya İranın indiki dini lideri ayətulla Xamneynin rəsmlərini quraşdırmamışdı.

 





18.06.2021    çap et  çap et