525.Az

"Muğam axşamları" layihəsi davam edir


 

"Muğam axşamları" layihəsi davam edir<b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzinin (BMM) "Muğam axşamları" onlayn layihəsinin konsertləri mərkəzin sosial şəbəkə hesabları vasitəsilə izləyicilərə təqdim olunmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, BMM-nin yutub kanalı, feysbuk və instaqram səhifələri vasitəsilə yayımlanan konsertlərdə mərkəzin solistləri bir-birindən fərqli ifalarını muğamsevərlərə təqdim edirlər.

İndiyədək layihə çərçivəsində 30-dan artıq muğam nömrəsi nümayiş olunub. Xanəndələrin ifasında muğam və təsniflər səsləndirilib. Təqdim olunan konsertlər ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Sevindirici haldır ki, bu konsert nömrələri ölkəmizin müxtəlif dövlət təşkilatlarının onlayn olaraq qoşulduğu beynəlxalq layihə və festivallarda BMM-dən rəsmi icazə alınaraq nümayiş olunub. Mədəniyyətimizi, muğam sənətimizi müxtəlif dünya xalqlarının qatıldığı tədbirlərdə təmsil edib. Pandemiya səbəbindən BMM öz tamaşaçılarına qapılarını aça bilməsə də sosial şəbəkə hesabları vasitəsilə təqdim edilən layihələrinin maraqla qarşılanması, ünvanlanan məktub və təkliflər ictimaiyyətin mərkəzin fəaliyyətinə marağının və sevgisinin nümunəsi kimi qəbul edilər.

Qeyd edək ki, BMM ölkəmizdə teatr və konsert salonlarının pandemiya səbəbindən fəaliyyətinə xitam verildiyi gündən bir çox layihələrini səhnədən virtual rejimə çevirərək izləyicilərə təqdim edir.

Yaxın günlərdə BMM solistlərinin ifasında yeni layihələrlə izləyicilərin görüşünə gələcək.

 





18.06.2021    çap et  çap et