525.Az

Peyvəndlərin iki dozasının vurulması mütləqdir


 

Peyvəndlərin iki dozasının vurulması mütləqdir<b style="color:red"></b>

“Bu gün üçün bütün peyvəndlərin iki dozasının vurulması mütləqdir”.

525.az-ın məlumatına görə, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim infeksionisti Nəzrin Mustafayeva “COVID-19 və peyvəndlər” mövzusunda çıxışında deyib.

O bildirib ki, tövsiyə olunan ikinci doza üçün 28 gün aralığıdır:

“Bəziləri bu vaxt ərzində peyvəndi vurdura bilmir. Onlar 56 gün ərzində vurdura bilərlər. Bu, tibbi cəhətdən ziyan deyil. Sistemdə də bu müddətə icazə verilir”.

“Həm xəstəlik keçirtmiş, həm də vaksin vurdurmuş şəxslərdə immunitet nə qədər olacaq bilinmir. Bu müddət 6 ay, 1 il və ömürlük də ola bilər”.

O bildirib ki, xəstələnmiş və sağalmış şəxsin vaksin olunmasının bir ziyanı olmaz.

N. Mustafayeva qeyd edib ki, hazırda vaksin vurulmuş şəxslərə 6 ay sonra yenidən vaksin vurdurulması ilə bağlı qərar yoxdur”.

“İki dozadan sonra antitel yaranmayan şəxslərə üçüncü doza vaksin vurulması aktiv müzakirə olunur”.

O bildirib ki, bu, ÜST tərəfindən təsdiq almayıb:

“Bu ilin sonunda bununla bağlı təsdiq alındıqdan sonra üçüncü doza tətbiq oluna bilər”.

 

 





18.06.2021    çap et  çap et