525.Az

Daha 60 nəfərdə koronavirus aşkarlandı: 148 sağalan, 2 ölən var


 

Daha 60 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">148 sağalan, 2 ölən var</b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 399 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 339 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib, aktiv xəstə sayı 1099 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 953, ötən müddət ərzində isə ümumilikdə 3 661 027 test aparılıb.

 





18.06.2021    çap et  çap et