|
|
|
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatını (BMT) tənqid edib.
525.az APA-ya istinadən xəbər verir ki, Antalya Diplomatiya Forumunun açılış mərasimində çıxışı edən Ərdoğan deyib ki, təxminən 8 milyard insanın taleyi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkənin insafına buraxıla bilməz.
“190 ölkəyə bir müddət masada oturma haqqı tanıyan, onların taleyi ilə bağlı söz haqqı tanımayan bir sistem ədalətli ola bilməz”, - deyə Ərdoğan vurğulayıb.