525.Az

Ərdoğan BMT-ni tənqid edib


 

Ərdoğan BMT-ni tənqid edib<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatını (BMT) tənqid edib.

525.az APA-ya istinadən xəbər verir ki, Antalya Diplomatiya Forumunun açılış mərasimində çıxışı edən Ərdoğan deyib ki, təxminən 8 milyard insanın taleyi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkənin insafına buraxıla bilməz.

“190 ölkəyə bir müddət masada oturma haqqı tanıyan, onların taleyi ilə bağlı söz haqqı tanımayan bir sistem ədalətli ola bilməz”, - deyə Ərdoğan vurğulayıb.

 

 





18.06.2021    çap et  çap et