525.Az

Niderland Srebrenista qətliamına görə təzminat ödəyəcək


 

Niderland Srebrenista qətliamına görə təzminat ödəyəcək<b style="color:red"></b>

13 iyul 1995-ci il tarixində Bosniya və Herseqovinanın Srebrenitsa şəhərinin süqutu zamanı Niderlandın İşçi Qüvvələri tərəfindən serblərə təhvil verilən 350 nəfərin qohumları təzminat tələb edib.

525.az xəbər  verir ki, ölkənin məhkəmə sistemi bosniyalı müsəlmanların serblər tərəfindən öldürülməsində dövlətin günahkar olduğunu təyin edib. Serbiya qüvvələrinə təhvil verilən 350 nəfərin qohumlarına ödəniləcək kompensasiya məbləği Niderland Müdafiə Nazirliyində xüsusi komissiya tərəfindən müəyyənləşdirilib.

Komissiya, öldürülənlərin dul yoldaşlarına 15 min avro maddi və mənəvi təzminat, atala, oğul və qardaşlarına isə 10 min avro ödəməyə qərar verib.

El Roman

 





18.06.2021    çap et  çap et