525.Az

"Qarabağda 13 mindən çox əmlakın inventarlaşması tamamlanıb"


 

"Qarabağda 13 mindən çox əmlakın inventarlaşması tamamlanıb"<b style="color:red"></b>

İşğaldan azad edilmiş ərazilərdə 10 483 daşınmaz əmlak və 2 824 infrastruktur obyekti olmaqla, 13 307 əmlakın inventarlaşdırma işləri tamamlanıb.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, 1 525 km avtomobil yolunun, 292 km elektrik təchizatı xəttinin, 45 km qaz təchizatı və 19 km su təchizatı xəttinin, o cümlədən 249 km suvarma şəbəkəsinin inventarlaşdırma işləri başa çatıb.

 

 





18.06.2021    çap et  çap et