525.Az

“Bitcoin”in dəyəri yenidən qalxdı


 

“Bitcoin”in dəyəri yenidən qalxdı<b style="color:red"></b>

Elektrikli vasitə istehsalçısı Tesla və kosmik texnologiya şirkəti SpaceX-in qurucusu İlon Maskın son tvitindən sonra “bitcoin” kriptovalyutası dəyər qazanıb.

525.az xəbər verir ki, Mask, Teslanın kriptovalyuta istehsalının "ekoloji cəhətdən daha təmiz" olmasına görə, yenidən “bitcoin” ilə ödəniş qəbul etməyə başlayacağını açıqlayıb.

 "İstehsalçının təmiz enerjini məqbul dərəcədə (50%) istifadə etdiyi və bu trendin davam etdiyi bir nöqtəyə gəldikdə, Tesla “bitcoin” ilə ödənişləri qəbul etməyə davam edəcək", -deyə Mask bazar günü tvit atıb.

Maskın açıqlamasından sonra “bitcoin”in dəyəri 40 min dolları keçib və son üç həftədə ən yüksək səviyyəyə çatıb.

El Roman 

 





18.06.2021    çap et  çap et