525.Az

Musa Quliyev: "20 ildir uğur qazanmayan bir partiya liderinin ardınca kim gedər ki?"


 

Musa Quliyev: "20 ildir uğur qazanmayan bir partiya liderinin ardınca kim gedər ki?"<b style="color:red"></b>

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Musa Quliyevin "525"ə müsahibəsi

-Musa müəllim, prezident seçkilərindən sonra, xüsusilə, axır iki-üç ay ərzində ölkənin daxili siyasi mühitində, gündəmində sanki bir boşluq, passivlik var. Müxalifətin fəaliyyəti isə demək olar ki, hiss olunmur. Sizcə, bu boşluğun, bu passivliyin, bu sükunətin obyektiv səbəbləri hansılardır?

- "Ölkənin daxili siyasi mühitində boşluq var" fikri ilə razı deyiləm. Eyni zamanda, bizdə siyasi düşərgə iki blokdadır-biri iqtidar düşərgəsidir, biri müxalifət düşərgəsi. Bəzi partiyalar var ki, iqtidarın siyasətini dəstəkləyir, onun mövqeyini ifadə edir, bəziləri isə müxalifətin siyasətini dəstəkləyir. Müxalifət düşərgəsindəki boşluq isə lap çoxdandır. Təxminən 1993-95-ci illərdən bu yana onlar yalnız seçkilər dövründə, seçkidən öncə bir balaca fəallıq göstərirlər seçkidən sonrakı dövrdə bir neçə bəyanatdan sonra onların varlığı ilə yoxluğu bilinmir. məhz biz bunlara görə əsaslanıb, hesablayıb deyirdik ki, istər "EL" Hərəkatı, istər Ziyalılar Forumu, istər Milli Şura ancaq bildirçinin bəyliyi darı sovrulana qədər olduğu kimi, bunlarınkı da seçkiyə qədərdir. Seçkidən sonra bunlar müəyyən hesabatlarını verəcəklər cavabdeh olduqları xarici təşkilatlar qarşısında bununla da bitəcək.  Elə biz dediyimiz kimi  oldu. İndi bu saat  heç "EL" Hərəkatından da, Milli Şuradan da,  Ziyalılar Forumundan da bir xəbər yoxdur. Hətta, İctimai Palata da özünü buraxmaq barədə qərarını elan etdi. Ona görə bizdə bu boşluqlar var ki, əslində müxalifətin siyasi mübarizəsinin beynəlxalq aləmdə qəbul olunmuş tarixi təcrübədən, sınaqdan çıxmış etik təcrübələri yoxdur. Yəni, istənilən, özünə hörmət edən, siyasi mübarizəyə qoşulan iqtidara, hakimiyyətə gəlmək istəyən partiya uğursuzluqlarının səbəbini sonra ciddi  analiz etməlidir ona uyğun da öz nəticəsini göstərməlidir...

-Bizdə   belə bir ənənə varmı ya olacaqmı haçansa?

-Bilirsiniz, adətən bir seçkidə partiyaya uğur qazandıra bilməyən rəhbərlər istefa verirlər, onun yerinə gənclər, yeni qüvvələr gəlir onlar o siyasəti davam etdirirlər. Dünya təcrübəsində belədir. Gələk Azərbaycanın təcrübəsinə baxaq. Müxalifətçilər, radikallar 1993- ildən bu yana ölkədə keçirilən bütün seçkiləri, demək olar ki, uduzublar. Uduzduqları halda, bir Etibar Məmmədovdan başqa, heç bir müxalifət partiyasında olan lider istefa verməyib, yerini dəyişməyib, hətta, özünün, öz tərəfdaşlarının hər hansı bir şəkildə uğursuzluqlarda günahkar olduqlarını etiraf edən bəyanatlar vermirlər, fikirlər söyləmirlər.

Belə halda, əlbəttə, seçkidən sonrakı dövrdə onların fəallığı ola bilər? İkincisi isə bu il Azərbaycanda çox ciddi bir dövrdür. Bələdiyyə seçkiləri dövrüdür. Artıq  Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə  hazırlıqlarla bağlı öz ilkin tədbirlərini keçirir, öz hazırlıq işlərini görür. Bu mənada biz öz işimizi görürük bu işləri çox ciddi reklam etməyə ehtiyac görmürük. Çünki hələlik bunun zamanı çatmayıb. Hələlik reklama da ehtiyac yoxdur. Sadəcə təşkilatlanma məsələsini həyata keçiririk bələdiyyə seçkilərində. Amma müxalifət cəbhəsində heç hiss olunmur. Yeri gəlmişkən, prezident seçkisi qurtarandan sonra ümumiyyətlə, bu düşərgədə baş verir?  Bildiyiniz kimi, seçkilər zamanı İsa Qəmbərlə Əli Kərim bir yerdəydilər,  ikisi bir yerdə Cəmil Həsənliyə dəstək verirdilər.  Amma seçkilərdən sonra onlar mətbuat səhifələrində  düşüblər bir-birilərinin üstünə... Nədir söhbət? Söhbət yalançı siyasi müxalifətin liderliyindən gedir ki, bizim hansımız müxalifətin lideriyik sair. Ancaq əslində onların hər ikisi çoxdan getməliydilər, yerlərini partiyadakı digər yoldaşlara buraxmalıydılar ki, onlar partiya yoldaşlarını bəlkə irəliyə aparsınlar, hətta, hansısa bir müvəffəqiyyət qazansınlar. Bu baxımdan, boşluq məsələsi artıq Azərbaycan müxalifətinin radikal qanadını xroniki bir xəstəliyidir. Yəni, seçkidən-seçkiyə bir balaca fəallaşırlar, məsələn, malyariya xəstəliyində üç gün qızdırmalar olur. Qızdırmalar müəyyən müddətdən sonra keçir sonra periodik olaraq davam edir. Bunlarda da həmin o şeydir. Seçkiqabağı bir neçə vaxt fəallıqları olur, temperaturları qalxır, müəyyən adamlarla görüşürlər, ola bilsin müəyyən qrantlar alırlar, bəzi ölkələri gedib turist kimi gəzib gəlirlər, bununla da fəaliyyət bitir. Ondan sonra fəaliyyətləri harada qalır, sadəcə, 2-3 qəzetin səhifələrində bir-birinin əleyhinə bəyanatlar vermək,  iqtidarı suçlayan , heç bir əsası olmayan böhtan xarakterli yazılar yazmaq sair ilə işlərini bitmiş sayırlar. Buna görə  biz iqtidar partiyasının mənsubları da hərdən, səmimi deyirəm, bir narahatlıq keçiririk ki, müxalifət niyə yox dərəcəsindədir... Ümumilikdə götürəndə demokratik proseslərin ölkədə getməsi üçün həm iqtidar tərəf, həm müxalifət tərəf öz töhfəsini verməlidir. Siyasət bir futbol meydançasıdırsa, hər zaman bir qapıya oynamaq, bir qapıya qol vurmaq da olmur. Bu mənada müxalifətin müəyyən qədər güclənməsi, müəyyən qədər təmizlənməsi, müəyyən qədər  silkələnməsi toparlanması  iqtidar partiyası olaraq bizə maraqlıdır. Çünki  zəif rəqiblə daima mübarizə aparmaq da hər bir idmançını formadan salır. Amma təəssüf olsun ki, uzun illərdir müxalifət düşərgəsini "özəlləşdirmiş" bir neçə siyasi lider, müxalifətin liderləri bunu ya dərk etmirlər, ya da dərk edirlər, sadəcə, özlərinə bundan sonra fəaliyyət çərçivəsi görmədiklərinə görə qapılıb qalıblar bir növ konservatçı olublar. Onların vaxtsa konservatsiyadan çıxması da gözlənilmir. Yadınızdadırsa hələ 1993- ildə ciddi hakimiyyət böhranı yarananda "biz vəzifəmizi dondururuq"  şüarı atdılar ortaya, özü çox gülməli bir şüar idi. İndi görünür hələ onların o donları açılmayıb bu baxımdan da, həmin liderlər müxalifət cərgəsində bütləşib qalıblar. Amma o bütlərin çoxdan qırılması vaxtıdır.

- Sizcə, həmin liderlər postlarını təhvil versələr, siyasətdən getsələr, müxalifət düşərgəsi uğur qazana bilərmi?

- Hər halda yeni nəfəs, yeni yanaşma gələ bilər. İndi ona da çox ümid etmirik. Çünki nəsil dəyişməlidir. Mən hesab edirəm ki, nəsil dəyişməlidir. Amma bu, hər halda irəliyə doğru bir addım olar. Axı,  iddialı partiyalar qədər eyni liderlərin simasında uğursuzluğa düçar ola bilərlər?  Ona görə  bunların özləri hiss edirlər ki, ətrafları  getdikcə seyrəlir, yeni qüvvələr gəlmir. Bəzən onu üstümüzə atırlar ki, guya yeni qüvvələrin hamısını iqtidar öz ətrafına toplayıb. Bizim elə bir ciddi marağımız da yoxdur.  Bizim partiyanın 650 minə yaxın üzvü var bundan sonra partiyanın da yenidən genişlənməsinə o qədər maraqlı deyilik. Yalnız seçib götürürük.  Hətta, müəyyən rayon təşkilatlarında üzvlüyə qəbulla bağlı  çox ciddi senzuralar qoyulub, yəni, çox ciddi təlimlərdən sonra müraciətlərə baxılır qəbul olunur. Amma əslində bu insanlar gedib müxalifət partiyalarına da müraciət edə bilərlər. Niyə etmirlər? Bunun səbəbini yalnız onlar özlərində axtarmalıdırlar. Təbii ki, Azərbaycan iqtidarının uğurlu siyasətini görən hər bir insan da öz seçimini şüurlu şəkildə edir. Onlar görürlər ki, hansı tərəfin işi daha ədalətlidir, hansı tərəfin işi daha realdır, hansı tərəfin fəaliyyəti daha uğurludur, buna uyğun olaraq da, öz seçimlərini edirlər. Amma bütün demokratik cəmiyyətlərdə olduğu kimi Azərbaycan cəmiyyətində , şübhəsiz, normal bir məsələdir ki, müxalif fikirli, iqtidarın siyasi xəttini  bəyənməyən insanlar var. Onlar da gərək öz siyasi fikirlərini ortaya qoysunlar. Amma onlar o yeri tapa bilmirlər. Axı, 20 ildir uğursuzluq qazanan bir partiyanın, onun liderin dalınca kim gedər? Normal düşünən adam heç  zaman belə bir addıma  gedə bilməz.

- Müxalifət isə iddia edir ki, onların normal, yaxşı fəaliyyət göstərməsi üçün imkanlar yaradılmır, bunun üçün şərait, mühit yox dərəcəsindədir...

- Hamısı əsassız fikirlərdir, bəhanədir. Onlar taktikanı dəyişməlidir. Düzdür, aradabir görürsən yumşalma addımları olur. Məsələn, lap iqtidara münasibətdə, əməkdaşlıq məsələlərində, ümumi məsələlərdə yumşalmalar olur, amma o yumşalmalar da dediyim kimi, o konservləşmiş liderlərə sərf etmədiyinə görə onlar da onun qarşısını alırlar...  Sanki bunlara lazımdır ki, Azərbaycanda hər şey qədər pis olsa, bunlar üçün yaxşıdır. Bu da təbii ki, həm cəmiyyət tərəfindən qəbul olunmur, həm iqtidar partiyası olaraq bizlərdə onlara qarşı bir etimadsızlıq yaradır deyirsən ki, belə insanlara etibar edib, onlarla həmfikir olmaq mümkün deyil. Bütün bunlara rəğmən bizim partiyanın rəhbərliyi dəfələrlə bəyanat verib ki, biz istənilən konstruktiv müzakirələrə hazırıq, ancaq təəssüf ki, o tərəfdən adekvat cavablar olmayıb.

Kamil Həmzəoğlu

 





05.04.2014    çap et  çap et