525.Az

Türkiyədə daha 59 nəfər koronavirusdan həyatını itirib


 

Türkiyədə daha 59 nəfər koronavirusdan həyatını itirib<b style="color:red"></b>

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) ölüm sayı 59 nəfər olub.

525.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.


Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 224 128 nəfər test edilib, onların 5575-nin koronavirus testi pozitiv nəticə verib. Bu gün koronaviruslu ağır xəstələrin sayı 856 nəfər olub.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 071 nəfər dünyasını dəyişib.

Türkiyədə indiyədək 5 359 728 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 224 224 nəfəri müalicə olunaraq evə buraxılıb.

 

 





18.06.2021    çap et  çap et