525.Az

“Dünya gülüşü və bolqar yumoru" beynəlxalq simpoziumunda məruzə


 

“Dünya gülüşü və bolqar yumoru" beynəlxalq simpoziumunda məruzə<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Bolqarıstan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun keçirdiyi “Dünya gülüşü və bolqar yumoru” mövzusunda onlayn beynəlxalq simopoziumda elmi məruzə ilə çıxış edib.

Beynəlxalq aləmdə dünya gülüşü mədəniyyətinin əsas mərkəzlərindən biri kimi qəbul edilən Qabrovo yumoruna sahib olan Bolqarıstanda təşkil edilən simpozium həm də bolqar satirasının görkəmli yaradıcıları hesab edilən Dimitri Podvrzaçov və Vixren Çernokojevin xatirəsinə həsr edilb.

Beynəlxalq elmi konfransda bolqar alimləri ilə yanaşı, Türkiyə tədqiqatçılarının da elmi məruzələri dinlənilib. Beynəlxalq elmi konfransda satira nəzəriyyəsinin aktual problemləri və milli ədəbiyyatlarda gülüş mədəniyyəti məsələlərini geniş müzakirə olunub, Qabrovo yumoru haqqında ayrıca məruzə dinləyicilərə təqdim edilib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin beynəlxalq simpoziumda “Satira nəzəriyyəsinə yenidən baxış: Azərbaycanın Şəki gülüşü və Bolqarıstanın Qabrovo yumorunun oxşar və fərqli xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib müzakirə olunmuşdur. Məruzədə satiranın ədəbi növ əmələ gətirmək xarakterinə malik olmasına, satira janrlarının spesifikası məsələlərinə xüsusi yer ayrılıb.

Akademik İsa Həbibbəylinin məruzəsində eyni zamanda Azərbaycanın Şəki gülüşü ilə Bolqarıstanın Qabrovo yumorunun oxşar və fərqli xüsusiyyətləri ilk dəfə olaraq nəzəri cəhətdən təhlil olunmuş və bədii nümunələrlə izah edilib.

Akademik İsa Həbibbəyli bundan əvvəl satira nəzəriyyəsi məsələləri haqqında Tatarıstan Elmlər Akademiyasının keçirdiyi beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib.

 





19.06.2021    çap et  çap et