525.Az

Pakistan Quru Qoşunları komandanı Azərbaycana səfər edəcək


 

Pakistan Quru Qoşunları komandanı Azərbaycana səfər edəcək<b style="color:red"></b>

Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 20-də Azərbaycana rəsmi səfər edəcək.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, hərbi əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.

 

 





19.06.2021    çap et  çap et