525.Az

Yeni Zəngəzur Dəhlizi regional inkişaf fürsətlərini ortaya çıxaracaq


 

Yeni Zəngəzur Dəhlizi regional inkişaf fürsətlərini ortaya çıxaracaq<b style="color:red"></b>

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Bağırov Orxanın “Yeni Zəngəzur dəhlizi regional inkişaf fürsətlərini ortaya çıxaracaq” adlanan məqaləsi "Eurasia Review" nəşri tərəfindən çap edilib.

525.az xəbər verir ki, məqalədə əsas diqqət Zəngəzur dəhlizinin region ölkələri üçün yaratdığı imkanlara və üstünlüklərə yönəldilib. İlk olaraq Ermənistanın özünün işğal nəticəsində qarşılaşdığı iqtisadi problemlər diqqətə çatdırılıb və göstərilib ki, işğaldan ən böyük iqtisadi zərər görən Ermənistanın özü olub. Buna baxmayaraq Ermənistanda mövcud olan hakimiyyətlər sülh danışıqlarını imitasiya edərək işğalı uzatmağa çalışıb. Qeyd olunur ki, belə olan vəziyyətdə Azərbaycan işğala hərbi yolla son qoymaq məcburiyyətində qalıb və İkinci Qarabağ Müharibəsində Ermənistan qoşunlarını öz ərazisindən çıxarıb.

Daha sonra məqalədə İkinci Qarabağ Müharibəsinin bitməsinə səbəb olan 10 noyabr razılaşmasının yaratdığı iqtisadi imkanlara toxunulub və regionda iqtisadi əlaqələrin bərpasının və Zəngəzur Koridorunun açılmasının Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan üçün yaratdığı imkanlar və üstünlüklər diqqətə çatdırılıb.

Bununla yanaşı göstərilib ki, Ermənistanda milliyətçi qüvvələr Zəngəzur dəhlizinin Ermənistan üçün geniş imkanlar yaratmasına baxmayaraq ona qarşı çıxış edir və koridorun Ermənistanın milli maraqlarına xidmət etmədiyini vurğulayırlar: "Lakin bəzi erməni mütəxəssislər isə hələ İkinci Qarabağ Müharibəsindən əvvəl Zəngəzur Koridorunun Ermənistan üçün faydalı olduğunu  və açılmasının vacib olduğunu qeyd edib.

Sonda isə qeyd edilib ki, Zəngəzur dəhlizinin açılması bütün region ölkələri, həmçinin Ermənistan üçün geniş imkanlar açacaq:  Son 30 il sübut etdi ki, qonşulara qarşı ərazi iddiaları sosial-iqtisadi problemlərin yaranmasına yol açmaqla yanaşı regional əməkdaşlıq imkanlarından tam istifadə etməyə imkan yaratmır. Hazırda isə Ermənistan özünün iqtisadi problemlərini həll etmək imkanı əldə edib. Ona görə də Ermənistan Zəngəzur koridoruna qarşı çıxış edərsə, bu onun üçün ağır nəticələrə gətirib çıxara bilər. Eyni zamanda Ermənistan koridorun açılmasına qarşı gedərsə, o zaman həm özünün əsas iqtisadi tərəfdaşı olan Rusiyanın,  həm də Türkiyənin maraqlarına qarşı getmiş olacaq. Bu faktorlar onu göstərir ki, hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq Ermənistan iqtisadi əlaqələrin bərpasına və Zəngəzur dəhlizinin açılmasına qarşı gedə bilməz. Çünki bu Ermənistanın iqtisadi baxımdan sağ qalması üçün yeganə yoldur".

 





19.06.2021    çap et  çap et