525.Az

Duma seçkilərində “Vahid Rusiya” partiyasına kim liderlik edəcək?


 

Duma seçkilərində “Vahid Rusiya” partiyasına kim liderlik edəcək? <b style="color:red"></b>

Rusiyanın hakim “Vahid Rusiya” Partiyasının bu gün keçirilən XX Qurultayında Dövlət Dumasına seçkilərdə federal siyahıya liderlərin beşliyini və namizədlərin siyahısını təsdiqləyib.

525.az-ın verdiyi məlumata görə, Qurultay federal və təkmandatlı dairələrdən Dumaya namizədlərin siyahısını təsdiqləyib.

Siyahı gizli səsvermə nəticəsində təsdiqlənib.

Rusiya prezidenti Vladimir Putinin təklifi ilə federal siyahıya müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, “Kommunarka” xəstəxanasının baş həkimi Denist Protsenko, Ümumrusiya Xalq Cəbhəsinin Mərkəzi Qərargahının həmsədri Yelena Şmeleva və uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsova daxil edilib.

Siyahı 57 regional qruplara bölünüb.

Qeyd edək ki, Dövlət Dumasına seçkilər bu il sentyabrın 19-da keçiriləcək.

 





19.06.2021    çap et  çap et