525.Az

Ermənistanda parlament seçkiləri başlayıb


 

Ermənistanda parlament seçkiləri başlayıb<b style="color:red"></b>

Ermənistanda parlament seçkiləri keçirilir.

525.az-ın APA-ya istinadən məlumatına görə, səsvermə yerli vaxtla saat 8.00-da başlayıb, saat 20.00-da başa çatacaq.

Seçkilərdə iştirak etmək üçün 25 siyasi qüvvə - 21 partiya və 4 blok qeydiyyatdan keçib.

Ermənistan prezidenti Armen Sarkisyan Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səhər tezdən səs verib.

Ölkədə 2008 seçki məntəqəsi var ki, onlardan 479-u İrəvan, 1529-u isə bölgələrdə yerləşir.

Qeyd edək ki, əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, eks prezident Robert Koçaryan hesab edilir. Koçaryan seçkilərə "Ermənistan" blokunun lideri kimi qatılıb.

 





20.06.2021    çap et  çap et