525.Az

FHN tikintidə qanun pozuntusunun qarşısını aldı - Video


 

FHN tikintidə qanun pozuntusunun qarşısını aldı - <b style="color:red"> Video</b>

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

FHN-dən 525.az-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vağzal küçəsində vətəndaş tərəfindən müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkarlanıb.

Faktla əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

 





20.06.2021    çap et  çap et