525.Az

"Ərdoğanın səfəri Azərbaycan-Türkiyə dostluğunun ən yüksək səviyyədə olduğunu təsdiqlədi"


 

"Ərdoğanın səfəri Azərbaycan-Türkiyə dostluğunun ən yüksək səviyyədə olduğunu təsdiqlədi"<b style="color:red"></b> Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə münasibətini açıqlayıb.

N.Məmmədov öz "Twitter" səhifəsində yazıb: "Baş nazir Ərdoğanın səfəri Azərbaycan-Türkiyə dostluğunun, tərəfdaşlığının və qardaşlığının ən yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi".

Qeyd edək ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 4-də ölkəmizdə bir günlük işgüzar səfərdə olub.
 





05.04.2014    çap et  çap et