525.Az

Türkiyə millisi qrupda qaldı - Yenilənib


 

Türkiyə millisi qrupda qaldı - <b style="color:red"> Yenilənib </b>

AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda qrup mərhələsinin üçüncü oyunu keçirilib.

525.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən Türkiyə və İsveçrə milliləri qarşılaşıb.

Oyun İsveçrə millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, iyunun 12-də Bakıda keçirilmiş ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. İyunun 16-da Türkiyə Uelsə 2-0 hesabı ilə məğlub olmuşdu.

Bu oyunlardan başqa, Bakıda iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçilir. Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

 





20.06.2021    çap et  çap et