525.Az

Günay Əfəndiyeva Qazaxıstan dövlət rəsmiləri ilə bir arada


 

Günay Əfəndiyeva Qazaxıstan dövlət rəsmiləri ilə bir arada<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Respublikasının Antalya şəhərində keçirilən Antalya Diplomasi Formunda iştirak edir.

525.az xəbər verir ki, forum çərçivəsində Fondun prezidenti Günay Əfəndiyeva ilə Qazaxıstan Respublikasının Baş nazirinin müavini və Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi arasında görüş keçirilib.

Görüşdə Fondun qurucu üzv ölkəsi olan Qazaxıstanla təşkilat arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin və genişləndirilməsinin vacibliyi mövzusunda danışıqlar aparılıb.

Günay Əfəndiyeva görüşdə Qazaxıstanla tərəfdaşlıq münasibətlərinin Fond üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, Fond tərəfindən Qazaxıstanın maddi-mədəni irsinin qorunması və təbliği ilə bağlı müxtəlif layihələrin, tədbirlərin keçirildiyini, konfransların, dəyirmi masaların təşkil olunduğunu, kitabların nəşr etdirildiyini bildirib. Fondun prezidenti eyni zamanda  Türkdilli ölkələrin, eləcə də Qazaxıstanın zəngin adət-ənənələrinin, tarixinin tanıdılması ilə bağlı gələcəkdə daha çox birgə işlərin görülməsinin bütövlükdə Türk Dünyasının mədəni inkişafına xüsusi töhvələr verə biləcəyini bildirib.

 

Qazaxıstanın Xarici İşlər Naziri Muxtar Tleuberdi Fond tərəfindən təqdirəlayiq işlər görüldüyünü qeyd edərək, qurumun fəaliyyətini yüksək qiymətləndirib. Nazir türkdilli xalqların bir-birinə yaxınlaşmasında türkdilli beynəlxalq təşkilatların xüsusi rolunun olduğunu  bildirib. O, Fondun da bu istiqamətdə  fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, təşkilat tərəfindən keçirilən layihələrə dəstək verəcəyini qeyd edib.

Görüşdə tərəflər eyni zamanda Türküstanın Türk Dünyasının mənəvi paytaxtı, Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin təsadüf olmadığını, Şuşanın gələcəkdə Türk Dünyasının mədəni mərkəzlərindən olması üçün birgə səylərin göstərilməsinin önəminə toxunublar.

 

 





21.06.2021    çap et  çap et