525.Az

Baydenin iti ölüb


 

Baydenin iti ölüb<b style="color:red"></b>

ABŞ Prezidenti Co Bayden, "Çamp" adlı itinin öldüyünü açıqlayıb. O, bu itkinin onu dərin hüzünə qərq etdiyini bildirib.

525.az xəbər verir ki, Bayden, “Twitter” hesabındakı yazısında, 13 yaşındakı alman çoban itinin qocalıqla əlaqədar evdə öldüyünü bildirib. İtini 2008-ci ildə vitse-prezident seçildikdən sonra aldığını qeyd edən Bayden, “Çamp son 13 ildə Bayden ailəsi tərəfindən daima sevilən və təqdir edilən dəyərli bir dost idi” - söyləyib.

 

Qeyd edək ki, Bayden Ağ Evə köçdükdən sonra işçilərin itlər tərəfindən dəfələrlə dişlənməsi halları yaşanıb.

El Roman 

 





21.06.2021    çap et  çap et