525.Az

Alp dağlarında qırmızı qar yağıb - Foto


 

Alp dağlarında qırmızı qar yağıb - <b style="color:red">Foto </b>

Alp dağlarının yüksək hissələrində bu ay qırmızı qar yağıb. Qırmızı qar görən hər kəs təəccüb içində qalıb.

525.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu, havadakı karbon qazının miqdarının artması və iqlim dəyişikliyi səbəbindən baş verib:

 “May ayından başlayaraq, günəş şüaları çox güclü olduqda, yosunlar günəşdən qoruyucu rolunu oynayan qırmızı molekullardan ibarət bir qalxan meydana gətirir. Bu dövr zirvələrdə sürreal mənzərələr təqdim edərək çoxaldıqları zamana təsadüf edir”.

 

Alimlərin xəbərdar etdiyi başqa bir məsələ də mikroyosunların buzlaqların ərimə prosesini sürətləndirməsidir. Rəsmilər qırmızı rəngin günəş şüalarını daha az əks etdirdiyini və buzun bu müddətdə ağ qardan daha sürətli əridiyini vurğulayıblar.

El Roman

 





21.06.2021    çap et  çap et