525.Az

Həm suda, həm quruda hərəkət edən avtomobil hazırlandı


 

Həm suda, həm quruda hərəkət edən avtomobil hazırlandı<b style="color:red"></b>

Misirdə üç ixtiraçı avtomobilə bənzəyən sürət qayığı düzəldib. İxtiraçıların məqsədi həm quruda, həm də suda hərəkət edə bilən nəqliyyat vasitəsi istehsal etmək olub.

525.az xəbər verir ki, misirli ixtiraçıların fikri məşhur filmdə Ceyms Bondun quruya və suya çıxa bilən avtomobilindən ilhamlanıb. Kənardan bir avtomobilə bənzəyən, dənizdə sürət qayıqlarının yanından keçən bu “gəmi”, Kərim Amin və iki dostu tərəfindən, tamamilə yerli qurğularla hazırlanıb.

İndiyə qədər 12 avtomobil istehsal edən komandanın məqsədi yeni modellər inkişaf etdirməkdir. Modellərin qiyməti 19 min ilə 45 min dollar arasında dəyişir.

El Roman     

 





21.06.2021    çap et  çap et