525.Az

MN nümayəndə heyəti Moskvaya yola düşüb


 

MN nümayəndə heyəti Moskvaya yola düşüb<b style="color:red"></b>

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 22-dən 24-dək keçiriləcək IX Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

 





21.06.2021    çap et  çap et