525.Az

Azərbaycan UNESCO səviyyəli Məhtimqulu Fəraqi vebinarında


 

Azərbaycan UNESCO səviyyəli Məhtimqulu Fəraqi vebinarında<b style="color:red"></b>

Türkmən klassik ədəbiyyatının böyük nümayəndəsi, şair və filosof Məhtimqulu Fəraqinin Poeziya Günü çərçivəsində UNESCO üzrə Türkmənistan Milli Komissiyasının təşkilatçılığı ilə "Məhtimqulu Fəraqinin yaradıcı irsi və ümumbəşəri dəyərlər" mövzusunda vebinar keçirilib.

Vebinarda Məhtimqulunun ədəbi yaradıcılığı, əsərlərində ümumbəşəri və humanist dəyərlərin əks olunması, qardaş xalqların ədəbiyyatı ilə əlaqələri, şairin yaradıcılığının Şərq və dünya ədəbiyyatının inkişafına təsiri kimi mövzularda müzakirələr aparılıb.

Tədbir YUNESKO-nun regional ofislərinin nümayəndələrini, Türkmənistan və digər ölkələrin alimlərini Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun virtual platformasında bir araya gətirib.

Forumda Ali Diplomatik Məktəbin rektoru, tarix elmləri namizədi Jumamurat Qurbangeldiyev giriş nitqi söyləyib və Məhtimqulu Fəraqinin ədəbi irsinin beynəlxalq əməkdaşlıq üçün mədəni bir təməl kimi əhəmiyyətini izah edib.

Türkmənistanın YUNESKO üzrə Milli Ko

missiyasının icraçı katibi Çinar Rustəmova, Parisdəki UNESCO Katibliyinin Xarici əlaqələr və informasiya şöbəsinin Asiya-Sakit okean sektorunun müdiri Andrey Şevelev və UNESCO Regional Ofisinin direktoru Svetan Svetkovski veb-seminar iştirakçılarını salamlayaraq, öz çıxışlarında Məhtimqulu Fəraqinin ədəbi irsinin öyrənilməsinin vacibliyini vurğulayıblar.

Sonra keçirilən plenar iclasda Xarici İşlər Nazirliyinin nümayəndələri və Türkmənistan Elmlər Akademiyası, habelə Türkiyə, İran və Tacikistanın UNESCO üzrə milli komissiya rəhbərləri çıxış ediblər.

Məhtimqulu yaradıcılığının müxtəlif cəhətləri və irsinin yenilənməsi məsələləri, ədəbi əlaqələrin inkişafı - Qırğızıstan, Özbəkistan, Azərbaycan, Türkiyə, Hindistanın akademik icmasını təmsil edən elm adamları tərəfindən məruzələrində açıqlanıb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova Məhtimqulu Fəraqi ədəbi irsinin ölkəmiz öz müstəqilliyini yenidən bərpa etdikdən sonra azərbaycanlı tədqiqatların diqqətini daha çox çəkdiyini, əsərlərinin nəşrinin Azərbaycan-Türkmənistan ədəbi əlaqələri tarixinin yeni mərhələsinin ən qiymətli səhifələrindən biri olduğunu bildirib.

Azərbaycanda, xüsusilə də  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqinin yaradıcılığının nəşri və təbliği sahəsində görülən  mühüm işlərdən bəhs edən məruzəçi deyib ki, akademik İsa Həbibbəylinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna rəhbərlik etdiyi dövrdən etibarən Azərbaycan-Türkmənistan ədəbi əlaqələri sahəsində mühüm addımlar atılıb, mütəfəkkir şairin həyat və yaradıcılığı daha dərindən öyrənilib.

Alim 2014-cü ildə filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı tərəfindən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Məhtimqulu Fəraqinin indiyə qədər elmə məlum olmayan  divanının aşkarlandığını, divanın akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə böyük tirajla nəşr edildiyini xatırladıb.

Müstəqillik dövrünün ən əlamətdar hadisələrindən biri sayılan Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin daha da inkişaf etdirilməsi sahəsində misilsiz xidmətləri olan akademik İsa Həbibbəylinin redaktorluğu və təşəbbüsü ilə "Azərbaycanda Məhtimqulu Fəraqinin ədəbi irsinin nəşri və tədqiqi biblioqrafiyası"nın hazırlanaraq nəşr edilməsindən danışıb.

Töhfə Talıbova onu da əlavə edib ki, bu dövrdə hər iki qardaş xalqın ədəbi həyatında baş verən əlamətdar hadisələrindən biri də akademik İsa Həbibbəyli və İsmixan Osmanlının həmmüəllifliyi ilə 2019-cu uldə "Məhtimqulu Fəraqi və Azərbaycan" adlı elmi monoqrafiyanın nəşr edilməsidir.

 





19.06.2021    çap et  çap et