525.Az

Milli Kitabxana Beynəlxalq Konfransda iştirak edib


 

Milli Kitabxana  Beynəlxalq Konfransda iştirak edib<b style="color:red"></b>

İyun ayının 21-də Azərbaycan Milli Kitabxanası MDB-yə  Üzv Dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Qırğızıstan Respublikası Hökumətinin, Bölgələrarası Kitabxana Əməkdaşlıq Mərkəzinin, YUNESKO-nun“İnformasiya Hamı üçün” Proqramının Rusiya Komitəsinin, A.Osmonov adına Qırğızıstan Respublikasının Milli Kitabxanasının və Qırğızıstan Respublikasının Kitabxanalar Birliyinin təşkil etdiyi “Rəqəmsal dövrdə kitab və mütaliə” mövzusunda Qırğızıstan Respublikasında keçirilənII Beynəlxalq Konfransda iştirak edib.

525.az xəbər verir ki, Qırğızıstan Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin Mədəni İrsin Qorunması Departamentinin rəhbəri vəzifəsinin icraçısı Rinat Bakeyev, YUNESKO-nun “İnformasiya Hamı üçün” ProqramınınRusiya Komitəsinin sədr müavini, Bölgələrarası Kitabxana Əməkdaşlıq Mərkəzinin İcraçı direktoruSergey Bakeykin tədbirin əsas moderatorları olub. Beynəlxalq konfransı giriş sözü ilə Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədr müaviniJıldız Bakaşova açaraq qonaqları salamlayıb və onlara uğurlar arzulayıb. 

 

Sonra Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti naziri Kairatİmanəliyev; Hökumətlərarası Şura sədrinin müavini və YUNESKO-nun “İnformasiya Hamı üçün” Proqramının Rusiya Komitəsinin sədri, Bölgələrarası Kitabxana Əməkdaşlıq Mərkəzinin prezidenti Yevgeni Kuzmin; Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva; Belarusiya Milli Kitabxanasının direktoru, Avrasiya Kitabxana Assambleyasının prezidenti, professor Roman Motulski;Strateji Təşəbbüslər Agentliyinin “Gənc Mütəxəssislər” Layihələr Mərkəzinin direktoru Aleksey Blaginin;Moskva Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Lyudmila Trubina; Qazaxıstan Respublikası Milli Akademik Kitabxanasının baş direktoru, pedaqoji elmlər doktoru, professor Umıtxan Munalbayeva; Tacikistan Milli Kitabxanasının direktoru, Tacikistan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Jumaxon Fayzalizoda; Taras Şevçenko Milli Muzeyinin baş direktoru,filologiya elmləri doktoru Dmitri Stus və digərləri məruzə ilə çıxış ediblər.

Azərbaycan Milli Kitabxanasının Kitabxana-informasiya xidməti və beynəlxalq əlaqələr üzrə direktor müavini Ədibə İsmayılova “Azərbaycan Milli Kitabxanası: pandemiya dönəmi və elektron-informasiya xidməti” mövzusunda məruzə ilə çıxış edib.

O, bildirib ki, Azərbaycan Milli Kitabxanası pandemiya şəraitində öz fəaliyyətini davam etdirərək oxuculara xidmət işini virtual rejimdə təşkil edib. Bu müddət ərzində çoxsaylı Elektron məlumat bazaları, virtual sərgilər, elektron nəşrlər hazırlayaraq geniş istifadəçi kütləsinə təqdim edib. Direktor müavini qeyd edib ki, məhz bu dövrdə Milli Kitabxananın virtual oxucularının sayı artaraq 3 milyona çatmışdır. Məruzəçi pandemiya şəraitində Milli Kitabxanada təşkil edilən elektron-informasiya xidmətini əks etdirən təqdimatı nümayiş etmişdir. O, Milli Kitabxananın hal-hazırda fəaliyyətini virtual rejimdə davam etdirdiyini qeyd etmiş və qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra o, bu ilin ölkəmizdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Nizami Gəncəvi ili” elan olunmasını vurğulayaraq Milli Kitabxananın bu istiqamətdə gördüyü işlərdən danışıb.
Direktor müavini Milli Kitabxananın Ehtiyat mübadilə fonduna məxsus “Çingiz Aytmatov. Seçilmiş əsərləri: I-II cild” və “Mehman Həsənli. Çingiz Aytmatov fenomeni və Azərbaycan” kitablarını Qırğızıstan Milli Kitabxanasının fonduna bağışlayıb.

Konfrans öz işini iyunun 23-dək davam etdirəcəkdir.

 

 





21.06.2021    çap et  çap et