Türkiyədə keçirilən “Antalya Diplomasi Forumu” çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib.
525.az xəbər verir ki, görüşdə Günay Əfəndiyeva Antalya Diplomasi Formuna dəvətinə görə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğluna təşəkkürlərini bildirərək, uzun müddət sonra dünya liderlərinin, siyasətçilərin və diplomatların bir araya gəlməsində xüsusi rol oynayanForumun təşkilində Türkiyənin bir ilkə imza atdığını bildirib.
Günay Əfəndiyeva Fondun qurucu üzv ölkəsi olan Türkiyə ilə təşkilat arasında geniş əməkdaşlıq əlaqələrinin mövcudluğuna diqqət çəkərək, bundan sonra da Fond tərəfindən türkdilli ölkələrin, eləcə də Türk Dünyasının ayrılmaz parçası olan Türkiyənin mədəniyyətinin, adət-ənənlərinin təbliği ilə bağlıtədbirlərin keçirələcəyini vurğulayıb. Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsində Türkiyənin ədalətli mövqə sərgiləməsiylə türkdilli beynəlxalq təşkilat rəhbəri kimi qürur duyduğunu bildirən Günay Əfəndiyeva, Fond tərəfindən Türk Dünyasının mədəni mərkəzlərindən biri olan Qarabağla bağlı müxtəlif layihələrin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanı Antalya Diplomasi Forumu çərçivəsində "Barış axtarışına qadınların töhvəsi" mövzulu panel konfransındakı çıxışıyla bağlı təbrik edib. Nazir Fond tərəfindən görülən işləri yaxından izlədiyini qeyd edərək, təşkilatıntürkdilli xalqları bir-birinə daha da yaxınlaşdırılması yönündə geniş fəaliyyətini yüksək qiymətləndirib. Nazir Fond tərəfindən Türk Dünyasının maddi-mədəni irsinin qorunması, beynəlxalq aləmdə tanıdılması və gənc nəsillərə ötürülməsi istiqamətində keçirilən layihə və tədbirlərə dəstəyini əsirgəməyəcəyini bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
çap et