525.Az

“Şərqdə doğan günəş - Əlişir Nəvai” adlı metodik vəsaiti təqdim edilib


 

“Şərqdə doğan günəş - Əlişir Nəvai” adlı metodik vəsaiti təqdim edilib<b style="color:red"></b>

Dünya ədəbiyyatı tarixində elə böyük sənətkarlar vardır ki, onların qələmə aldığı əsərlər təkcə öz xalqının deyil, bir çox digər xalqların da mənəvi yüksəlişinə təsir göstərərək öz müəllifinin adını şərəflə yaşadıb. Dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvai belə sənətkarlardandır. Nəvai yaradıcılığını dərinliyi və genişliyi baxımından okeana bənzətmək olar. O, təkcə böyük söz ustası deyil, həm də görkəmli filosofdur. Nəvai şeir mədəniyyətini elə yüksək səviyyəyə qaldırmışdır ki, nə  XV əsrədək, nə də ondan sonra özbək şeiri bu zirvəni fəht edə bilməyib. Nəvainin şöhrəti türk xalqlarının qürurudur. 


Beynəlxalq Türk Akademiyası böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin (1441–1501) anadan olmasının 580-ci ildönümü münasibətilə 2021-ci ili “Əlişir Nəvai İli” elan edib.


Bu münasibətlə F.Köçərli adına Respublika Uşaq Kitabxanası  “Şərqdə doğan günəş - Əlişir Nəvai” adlı vəsaiti istifadəçilərə təqdim etdi.


Vəsait Mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulmuşdur.

 
Vəsait iki hissədən ibarətdir. Birinci hissə “Türkdilli xalqlar ədəbiyyatında ana dilində ilk “Xəmsə”nin müəllifi” adlanır. Bu hissədə şairin həyat və yaradıcılığından bəhs edilir. İkinci hissə “Söz sərrafı-Nəvai” adlanır  və şairin  yaradıcılığı ilə bağlı keçirilə biləcək tədbirlər əks olunur.


Aşağıdakı link vasitəsi ilə metodik vəsait ilə tanış ola bilərsiniz:


https://www.clb.az/rqd-doan-gn-liir-nvai_d3186.html

 

 





21.06.2021    çap et  çap et