525.Az

Bakıda fəhlə 13-cü mərtəbədən yıxıldı


 

Bakıda fəhlə 13-cü mərtəbədən yıxıldı<b style="color:red"></b> Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Lent.az-ın məlumatına görə, Yasamal rayonu Həsən Əhmədov küçəsində “ANT İnşaat” tikinti şirkətinin inşa etdiyi çoxmərtəbəli binada suvaqçı işləyən 1961-ci il təvəllüdlü İsmayılov Əli Cəlal oğlu hündürlükdən yıxılıb. Binanın 13-cü mərtəbəsindən yerə düşən 53 yaşlı kişi hadisə yerindəcə keçinib.
 
Hadisəyə küləkli hava şəraitində təhlükəsizlik qaydalarına əməl edilməməsinin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırmalar aparılır.
 





07.04.2014    çap et  çap et