525.Az

Azərbaycan Dünya Bankının təklif etdiyi kreditdən imtina edib


 

Azərbaycan Dünya Bankının təklif etdiyi kreditdən imtina edib<b style="color:red"></b>

Dünya Bankı tərəfindən koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim olunan “Sürətli COVID-19 Aləti” layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb.

Maliyyə Nazirliyindən 525.az-a verilən məlumata görə, lakin kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib.

Hazırda Dünya Bankından sözügedən kreditin alınması gündəmdə deyil.

 

 





23.06.2021    çap et  çap et