525.Az

Bakının mərkəzi prospektində hərəkət məhdudlaşdırılıb


 

Bakının mərkəzi prospektində hərəkət məhdudlaşdırılıb<b style="color:red"></b> Bakıda nəqliyyatın intensiv olduğu Fətəli xan Xoyski prospektində (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısı) nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, piyada keçidinin inşası ilə əlaqədar olaraq, Koroğlu Rəhimov küçəsi ilə kəsişmə istiqamətində, yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
 
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən bildirilib ki, yolun həmin hissəsində tikinti işləri 2 ay müddətində davam edəcək.
 





07.04.2014    çap et  çap et