525.Az

Moskvada əsrin ən isti ayı yaşanır – Foto


 

Moskvada əsrin ən isti ayı yaşanır –<b style="color:red"> Foto</b>

Dünyanın ən soyuq ölkələrindən olan Rusiyada iqlim dəyişikliyi və qlobal istiləşmənin təsiri müşahidə edilir.

525.az xəbər verir ki, paytaxt Moskva bir əsrdən bəri görünməyən istilik rekordunu qırıb. Belə ki, şəhər 120 ilin ən isti iyun gününü yaşayır. Burada qeydə alınan temperatur 34.7 dərəcə olub. Bu cür istiliyə alışmayan ruslar özlərini şəhərin mərkəzindəki hovuz və fəvvarələrə ataraq sərinləməyə çalışırlar.

 Moskova adeta yanıyor 120 yıllık sıcaklık rekorunu kırdılar

 Rusiya Metrologiya Agentliyinin rəsmi nümayəndəsi Marina Makarova qeyd edib ki, bu günlərdə Moskvada qeydə alınan istiliyin artması 120 ildə görünən misilsiz bir hadisədir. Bunun səbəbi qlobal iqlim dəyişikliyidir.

1881-ci ildən başlayaraq ölkədəki istilik temperaturunu qeyd edən qurum, sabah və cümə günlərində istiliyin 35 dərəcədən çox ola biləcəyi xəbərdarlığını edib.

Nadir Yalçın

 





23.06.2021    çap et  çap et