525.Az

AMEA Naxçıvan Bölməsində kitab təqdimatı olub


 

AMEA Naxçıvan Bölməsində kitab təqdimatı olub<b style="color:red"></b> Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi əməkdaşlarının 2020-ci ildə nəşr olunan əsərlərinin biblioqrafik göstəricilərindən ibarət kitabın təqdimatı olub.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Bölmənin sədri, akademik İsmayıl Hacıyev “Biblioqrafik göstəricilər” kitabının 2018-ci ildən başlayaraq Elm və təhsil şöbəsi tərəfindən tərtib olunduğunu söyləyib.

Qeyd olunub ki, əməkdaşların elmi və publisistik fəaliyyətlərinin əksini tapdığısayca dördüncü kitab həm illik göstəricilərinayrı-ayrılıqda təhlil olunmasında, həm də tədqiqat materiallarının mənbəyinin tez və asanəldə olunmasında əhəmiyyətlidir.

AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşlarının elmi əsərləri. Biblioqrafik göstərici - 2020” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, kitab AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 18 mart 2021-ci il tarixli qərarı ilə çap edilib. Nəşrin layihə rəhbəri və baş redaktoru akademik İsmayıl Hacıyev, tərtibçisi isə filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərovadır.

 

Biblioqrafiyaya elmi əməkdaşların respublikada, eləcə də xarici ölkələrdə dərc olunan əsərləri – kitab, monoqrafiya, metodik vəsait, xəritə, buklet, məqalə, tezis, tərcümə, müsahibə, bədii yaradıcılıq nümunələri və mətbuatda dərc olunan yazıları daxil edilmişdir.Kitabda əksini tapan materiallar bibliometrik təhlillər aparmaq baxımından faydalı mənbədir. İki hissədən ibarət nəşrin birinci hissəsində il ərzində nəşr olunan əsərlər, ikinci hissədə isə köməkçi göstəricilər verilmişdir.Burada 38 kitab, monoqrafiya, metodik vəsait, xəritə və buklet adlarının əlifba göstəricisi,  respublika jurnallarında çap olunmuş 288 məqalənin, kitap və toplularda144 məqalənin, xaricdə nəşr olunmuş 99, rus dilində dərc olunmuş 52 əsərin adlarından ibarət əlifba göstəricisi təqdim olunur.

Dosent Orxan Bağırov məruzəsinin sonunda ötən il ərzində Bölmədə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin, eləcə də hər bir elmi əməkdaşın fəaliyyəti haqqında məlumat verib. Tərtib olunmuş cədvəllər əsasında təhlillər aparılıb, diqqət çəkən məqamlar müzakirə olunub.

Tədbirin sonunda professor Əbülfəz Quliyevin, dosentlər Qulu Həziyev və Fərman Xəlilovun kitabla bağlı irəli sürdükləri təkliflər dəyərləndirilib.

 





23.06.2021    çap et  çap et