525.Az

Botanika İnstitunun alimi Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib


 

Botanika İnstitunun alimi Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib<b style="color:red"></b>

AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, b.e.d., professor Səyyarə İbadullayeva Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və Akademiyanın “Beynəlxalq qızıl ulduz” medalı ilə də təltif edilib.

525.az xəbər verir ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, professor Elçin İsgəndərzadə akademiyaya üzvlük diplomunu və medalı alimə təqdim edib, bu elmi nailiyyət münasibətilə professor S.İbadullayevanı təbrik edib. Professor E.İsgəndərzadə alimin Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçildiyi və medala layiq görüldüyünu bildirib.

 

Bu günə qədər AMEA-nın bir sıra görkəmli alimlərinin də həmin Akademiyanın həqiqi üzvü seçildiyi qeyd edib.

S.İbadullayeva da öz növbəsində mükafatın Azərbaycan alimlərinin elmi fəaliyyətinə verilən böyük qiymət olduğunu vurğulayaraq, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına təşəkkürünü bildirib.

 





23.06.2021    çap et  çap et