525.Az

Rəşad Nəbiyev BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşüb


 

Rəşad Nəbiyev BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşüb <b style="color:red"></b>

Azərbaycanda rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin başçılıq etdiyi nümayəndə heyəti ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Nazirlikdən 525.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və BƏƏ arasında ümumi əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Eyni zamanda, yüksək texnologiyalar, innovasiyalar və kosmik sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


 

 





23.06.2021    çap et  çap et