525.Az

Rusiya gəmisi Britaniya hərbi gəmisinə atəş açıb


 

Rusiya gəmisi Britaniya hərbi gəmisinə atəş açıb<b style="color:red"></b>

Rusiya gəmisi Qara dənizdə Böyük Britaniyanın hərbi gəmisi istiqmətində xəbərdarlıq atəşi açıb.

525.az APA-ya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Qara dəniz donanması Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə birlikdə Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “УРО Defender” tipli minadaşıyan gəminin Qara dənizdə sərhədi pozduğunu aşkarlayıb.

Sərhəd mühafizə gəmisi xəbərdarlıq atəşi açıb, Su-24M bombardmançı təyyarəsi isə xəbərdarlıq məqsədli bomba atıb.

 





23.06.2021    çap et  çap et