525.Az

Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda


 

Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda<b style="color:red"></b>

Ukrayna Milli Televiziya və Radio Şirkətinin "Kultura" radiosu dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu yaxınlarda ukrain dilində nəşr olunmuş "Leyli və Məcnun" kitabı (ADTM) haqqında veriliş yayımlayıb.

Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, verilişdə şairin şəxsiyyəti və yaradıcılığı, ukrain dilinə tərcümə olunmuş "Leyli və Məcnun" poeması haqqında geniş məlumat verilib, Ukrayna mütəxəssislərinin Nizami yaradıcılığı ilə bağlı araşdırmalarından, məşhur ukraynalı şərqşünas alim Aqafangel Krımskinin "Nizami və onun müasirləri" adlı monoqrafiyasından söz açılıb.

 





23.06.2021    çap et  çap et