525.Az

Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının iclası keçiriləcək


 

Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının iclası keçiriləcək<b style="color:red"></b>

Yaxın vaxtlarda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək.

İqtisadiyyat Nazirliyindən 525.az-a verilən məlumata görə, bu barədə razılıq nazir Mikayıl Cabbarovla və BƏƏ iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüş zamanı əldə olunub.

Görüşdə qeyd olunub ki, bu ilin yanvar-may aylarında ölkələr arasında ticarət dövriyyəsi 41%, ixracın həcmi isə 40% artıb. Hazırda ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı üçün bir sıra mexanizmlər tətbiq olunur, Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsi və Dubayda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir.

M. Cabbarov rəqəmsal iqtisadiyyat, nəqliyyat-tranzit, alternativ enerji, kiçik və orta biznes, aqrar, turizm və s. sahələr üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb, BƏƏ-nin iş adamlarını Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitindən yararlanmağa, sənaye zonalarına investisiya yatırmağa dəvət edib.

 

 





24.06.2021    çap et  çap et