525.Az

Hərbçilər “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib


 

Hərbçilər “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib<b style="color:red"></b>

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

525.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 2643 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 1-i general-leytenant, 2-si general-mayor, 16-sı polkovnikdir.

Təltif olunanlar

 





24.06.2021    çap et  çap et