525.Az

Hərbçilər “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib


 

Hərbçilər “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib<b style="color:red"></b>

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

525.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 min 647 hərbi qulluqçusu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Təltif edilənlərin 1-i general-mayor, 11-i polkovnikdir.

 





24.06.2021    çap et  çap et