525.Az

Daha 51 nəfərdə koronavirus aşkarlandı: 76 sağalan var


 

Daha 51 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">76 sağalan var</b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 676 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 870 nəfər müalicə olunaraq sağalıb, 4 965 nəfər vəfat edib, aktiv xəstə sayı 841 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 879, ötən müddət ərzində isə ümumilikdə 3 706 051 test aparılıb.

 





24.06.2021    çap et  çap et