525.Az

Nizami Gəncəviyə həsr olunmuş daha bir onlayn konfrans


 

Nizami Gəncəviyə həsr olunmuş daha bir onlayn konfrans<b style="color:red"></b>

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Sabirabadda onlayn konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən "Poeziyamızın nəhəng günəşi" adlı onlayn konfransda çıxış edən Saatlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalova Nizami Gəncəvi şəxsiyyəti və onun zəngin yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi, akademik İsa Həbibbəyli yüksək milli-əxlaqi, bədii-estetik, vətənpərvərlik nümunəsi olan Nizami Gəncəvinin fenomenal bəşəri irsindən və mənalı həyat yolundan söz açıb.

Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək bildirib ki, Nizaminin ölməz ədəbi irsi humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, hikmət xəzinəsi olmaqla bərabər, həm də canlı tariximizdir.

Daha sonra çıxış edən Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsini Azərbaycan mədəniyyətinə ehtiramın təzahürü olduğunu qeyd edib, Nizami Gəncəvinin ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığının Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirməsindən və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmasından söz açıb.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədov, Milli Azərbaycan Tarix Muzeyinin əməkdaşı, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifova, xaricdə yaşayan soydaşlarımız və digər mühazirəçilər Nizami Gəncəvi şəxsiyyətini, onun yaradıcılığını və yaşadığı tarixi-siyasi mühiti müxtəlif yönlərdən təhlil ediblər.

 





24.06.2021    çap et  çap et