525.Az

"Poeziyamızın Nigarı" adlı videoçarx hazırlanıb


 

"Poeziyamızın Nigarı" adlı videoçarx hazırlanıb<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Xalq şairi Nigar Rəfibəylinin doğum günü ilə əlaqədar "Poeziyamızın Nigarı" adlı videoçarx hazırlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın sosial hesablarında izləyicilərə təqdim edilən videomaterialda mövzu ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olub. O, Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirib. Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində, "Azərnəşr"də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində işləyib.

Nigar Rəfibəylinin "Çadra" adlı ilk şeiri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilib. 1934-cü ildə nəşr olunmuş ilk "Şeirlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir.

Videoçarxda diqqətə çatdırılıb ki, Xalq şairi Məhsəti Gəncəvinin rübailərini, Evripidin "İfigeniya", Fridrix Şillerin "Məkr və məhəbbət", Anton Çexovun "Vanya dayı", "Albalı bağı" dramalarını, E.L.Voyniçin "Ovod", O.Qonçarın "Bayraqdarlar" romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərlərini tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub.

 





24.06.2021    çap et  çap et