525.Az

Azərbaycan və Türkiyə dostluğu ənənəsinə dair konfrans


 

Azərbaycan və Türkiyə dostluğu ənənəsinə dair konfrans <b style="color:red"></b>

Ziyalıların və gənclərin iştirak etdiyi "Azərbaycan-Türkiyə dostluğu: Şuşa Bəyannaməsi zəfər tariximizin siyasi zirvəsidir" adlı onlayn ümumrespublika konfransının giriş sözündə  universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Azərbaycan və Türkiyənin tarixi dostluq və qardaşlıq münasibətləri ənənəsinin müasir dövrümüzdə bölgədə sülh və tərəqqinin bərqərar edilməsi işinə xidmət etməsini  dünya ölkələri üçün nümunə kimi dəyərləndirib. 

O vurğulayıb ki, müstəsna siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyması deməkdir.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri, dosent Radə Abbas, millət vəkili Naqif Həmzəyev, Türkiyə-Azərbaycan Dərnəklər Dostluğu Federasiyasının dil tarixi bölməsinin rəhbəri Seyfəddin Ayakyay, Azərbaycan Dövlət Aqrar Universitetinin  İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun çöl tədqiqatları sektorunun  müdiri, dosent Təvəkkül Əliyev Şuşa Bəyannaməsinin tarixi, siyasi, iqtisadi və mədəni əhəmiyyəti haqqında danışaraq qeyd ediblər ki, bu tarixi sənəd müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk çıxışında qeyd edib ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun perspektivlərinə, burada sabitliyin təmin olunmasına mühüm töhfələr verir. Baş konsul Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman onun yanında olduğunu bir daha dilə gətirib.

Zakir MURADOV
Gəncə

 





24.06.2021    çap et  çap et