525.Az

"422 vəzifə üzrə müraciətdən imtina edilib"


 

"422 vəzifə üzrə müraciətdən imtina edilib"<b style="color:red"></b>

"Ötən il dövlət qulluğuna qəbulla bağlı 422 vəzifə üzrə namizədlərin müraciətlərinə imtina edilib".

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, imtina səbəbləri arasında iş stajının vəzifənin tutulma şərtlərinə uyğun olmaması, zəruri sənədlərinin təqdim edilməməsi və ya natamam təqdim edilməsi, ümumi müsahibədə iştirak hüququnun olmaması  üstünlük təşkil edir.

M.Abbaszadə qeyd edib ki, keçən il müsahibələrdə uğur əldə edən 734 namizəd vakant vəzifələrə təyin edilib: "Ən yüksək təyinat müsabiqə üzrə müşahidə edilir. Ən çox təyinat müsabiqə üzrə BB4, ümumi müsahibə üzrə BB3 (22 nəfər), daxili müsahibə üzrə isə BA3 (35 nəfər) altqruplarına aid vəzifələr üzrə qeydə alınıb".

SEVİNC

 





24.06.2021    çap et  çap et