525.Az

Dünyanın ən qatil sükutu... (esselər)


 

Dünyanın ən qatil sükutu... <b style="color:red"> (esselər)</b>

15 illik ayrılığın ilk görüş günü idi. Ailənin kişisi onları atıb gedəndə uşaqların 5-6 yaşı olardı. İndi qarşısında yetişkən qızları saçlarına dən düşmüş yoldaşı dayanmışdı. Aralarındakı dəmir şəbəkələr 15 illik ayrılığın kədərindən, nifrətindən, təklik həsrətindən daha vahiməli sədlər hörmüşdü. 3 hərflik ata kəlməsi indi dünyanın ən ağır qurğuşununa çevrilib boğazlarında düyünlənmişdi...

O, həmin gündən bütün ömrünə yadigar qalan, ən ağır xatirəsini daşıyırdı ürəyində: atası hönkürməmək üçün gözlərini bərəldib tez-tez udqunurdu, gözləri ya döşəməyə, ya da dəmir barmaqlıqlara zillənirdi. Dolmuş gözləri, qəhərlənmiş boğazı heç danışmağa da imkan vermirdi... 15 il görmədiyiniz ən yaxın doğmanızla bir gün üzləşsəydiniz, ona ilk sözünüz olardı? Bəli, mənim qəhrəmanlarım da dünyanın ən qatil sükutuna tuş gəlmişdilər. Ata cibindən əl dəsmalını çıxarıb dəmir barmaqlığların arasından qızına uzatdı: “Ağlama”. Qəhrəmanımın ilk sözü bu oldu.

Onları kənardan, ürəkağrısıyla müşahidə edən həbsxana işçisi istəməsə vəzifə borcunu yerinə yetirərək  yaxınlaşıb görüş vaxtlarının bitdiyini dedi. Yenə dünyanın ən qatil sükutu qonaq gəldi... qız dəsmalı ovcunda sıxdı. Ata dəsmalını istədi... əl dəsmalını bağışlamaq ayrılıqdır... lənətə gəlmiş ümid. Necə inanırdı, onları yenidən görəcəyinə...

Bu dəfə qaydalar pozuldu. Onlar dəmir barmaqlıqlar arxasından yox, bir-birinə sarılaraq vidalaşdılar.  Qız başını atasının çiyninə qoyub hönkürürdü. Ata üzünü çevirib suvanmış boş divarlarda suallarına cavab  axtarırdı. Ətrafda hamı başını yerə dikmişdi. Heç kəsingörüş vaxtınız bitdideməyə dili gəlmirdi...

lll

Hardansa tapdığı ayaqqabı bağlarını bir-birinə düyünlədi, sonra böyük bir halqa düzəldib boynuna keçirtdi. İpi kameranın balaca dəmir barmaqlıqlı nəfəsliyindən bağladı. Ayaqlarını çəkəndə ip boynunu kəsdi qırıldı. Sınmış sağ əlinin ağrısından həmin gün səhərə qədər yatmadı. Bir həftədən sonra qız atasından aldığı məktubdakı xətti bu dəfə tanımadı.

 

Müqəddəs yağışlar

Hələ balaca idi. Evin ən böyük övladı idi. O, yaşıdlarından fərqli olaraq uşaqlığını itirmişdi. Zaman onu məsuliyyət məkanına götürmüşdü. Həmin gün dünyanın ən müqəddəs yağışları yağırdı... yataq xəstəsi olan anası bacıları çörək yemək üçün pul gözləyirdilər. Evin qarşısında, yağışın altında, boş küçələrində dayanıb tum satan qızcığaz hələ kiminsə ona yaxınlaşıb tum alacağı ümidinə böyük inamla bel bağlamışdı. Bacıları ayaqlarının altına stul qoyub pəncərədən ona baxırdılar. Uzaqdan qaraltını görüb sevinclə şüşəni sildilər. Deyəsən kimsə yaxınlaşıb nəsə almaq istəyirdi... kommunal ödənişləri toplayan sarışın tanış simanı görəndə təəssüfləndilər. Qaraltı qapıya yaxınlaşdı. Qapı döyüldü. Başındakı papağından damcılar süzülüb ayaqqabılarının üstünə düşdü:

Evdə böyük yoxdu?

Var, anamız. Amma yatıb.

Kişi əlini küçəyə uzatdı, qaşlarını çatıb:

O uşağa yazığınız gəlmir? Bu yağışda soyuqlayar axı...

Həmin gün dünyanın ən müqəddəs yağışları sonuncu dəfə yağdı.

 





07.04.2014    çap et  çap et