525.Az

Gənc şairin imza günü keçirildi - Foto


 

Gənc şairin imza günü keçirildi - <b style="color:red"> Foto </b>

24 may tarixində gənc şair  Elromanın “Azərkitab” Kitab Mərkəzində “Sənsizliyin baş hərfi” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Baş redaktor müavini Yusif Rzayev,  şairin qələm dostları, KİV nümayəndələri iştirak ediblər.

Tədbir zamanı çıxış edən Rəşad Məcid ədəbi fəaliyyətə yeni başlayan şair haqda danışıb, ona yaradıcılığında uğurlar arzu edib. Daha sonra gənc şairlər müxtəlif şeirlər səsləndirib və ədəbi müzakirələr aparıblar. Müəllif sonda oxucular üçün kitablarını imzalayıb.

Qeyd edək ki, gənc şairin şeirləri dövrü mətbuatda və ədəbi orqanlarda vaxtaşırı çap olunur. Elroman Azərbaycan Yazıçılar Birliyinin üzvdür və gənc şair kimi “Prezident təqaüdü”nə layiq görülüb.

“Sənsizliyin baş hərfi” şeirlər kitabı onun oxucularla ilk görüşüdür.

 

 

 

 





25.06.2021    çap et  çap et