525.Az

Məmməd Aslanın şeirləri


 

Məmməd Aslanın <b style="color:red">şeirləri</b>

TƏSƏLLİ YERİNƏ

 

Üzmə nəzərini Haqq dərgahından!

Nəsə bir əngəl var bürcündə, qorxma.

Madam hər gəlişin bir dönüşü var:

Dönüb qurtularsan  bir gün , qorxma.

 

Odur ha, yaz gəlir; darılma qışa!

Sən ki çox dözmüsən bu çalxanışa.

Halal beygirinlə qoşul yarışa,

Mənzilə yetərsən lap öndə, qorxma!

 

Təklərdən təkmildi aləmin cəmi;

Piy varsa, yağ da var: di yandır şəmi!

İpucundan başlar hər işin çəmi:

Biçinə hesabdır əkin , qorxma!

 

Tərs olan hər nöqtə yer elər sənə;

Baxmazsan, dünyanı verələr sənə!

Tükənsən, min qanad gərilər sənə,

Qalmazsan kimsənin tərkində, qorxma!

 

Gəldiyin dünya da əbədi sürgün...

Taqətin tükənmiş, əsəbin gərgin.

Bircə təsəllin var, Məmməd didərgin:

Hər şey olan işdi; sürgün , qorxma!!!

Bakı  19.02.2014.

 

 

SÖZÜN XƏTRİNƏ

 

Üçəm nida ilə bitirdim sözü,

Ölgün deyilən söz sədasız qalar.

Ədalı işlərdə çəki-düzən var,

Mitillər, məğmunlar ədasız qalar.

 

Sözü söz kimi de, hədəfə çatsın.

Arif kimsələrin döşünə yatsın!

İldırım çaxırsa, bir daş qopartsın,

Təsirsiz deyilən nidasız qalar.

 

Ömrüm bir gündən kəm olur-olsun!

Nakəslər qəsdimə cəm olur-olsun!

Kimsəyə baş əyməm, kim olur-olsun!

Gedərəm, imanım xətasız qalar!

Bakı 21.02.2014.

 

BAHAR LEYSANI KİMİ

 

Xalq şairimiz Zəlimxan YAQUBA

Möhtərəm şairimiz,

“525-ci qəzet(18.01.2014)

dərc elətdirdiyi iki səhifəlik mükəmməl

şeirlərinin hamısını 2013- ilin sentyabr

ayında qələmə almışdır.

 

Necə sapa düzüb, necə çinləyib

Bir ayın ərzində bu boyda şeri?!

Şair tünlüyündə, söz qıtlığında;

Bu vurçatdasında, bu hayda şeri...

Daşı hopdurubdu rahatca sözə,

Bu da sehirkarlıq, bu da möcüzə.

Daşa dərs dedirdib tarixdən bizə;

Kök atıb, dil açıb bir ayda şeri.

 

Çəmən çiçəkləri açırmış kimi;

İlhamı şığıyan qızılquş kimi;

Cənnət bağçasından uçurmuş kimi

Birdən qanadlanıb sayda şeri!

 

dilək diləsə, Rəbbi eşidir;

Ömrü nur ömrünün pərvərişidir!

Sözün gərdişi ki Haqqın işidir:

Səslənir damxada, sarayda şeri.

 

Harda soyumuz var, nəfəsi orda;

Bülbüllə ötüşən həvəsi orda;

Məkkə-Mədinəsi, Kəbəsi orda!

Dəlidağsız qalıb fayda şeri.

 

Bir mərmər haçansa baldan süzülmüş,

Sonra misra-misra mərmər üzülmüş:

Bənd-bənd qalaqlanıb, çin-çin düzülmüş;

Qəlbindən qan əmir hər layda şeri.

 

Allahın, türklüyə görüm-baxımı!

Cövhəri tükənməz Zəmzəm axımı!

Zəlimxan gəzəri bir gül şaxımı:

Güllənər Dərbəndə, Hatay(x)da şeri!

 

Gahdan övliyadı, gahdan şamandı;

Gah Yunus Əmrədi, gah Zəlimxandı!

Türkün dünyasına bir tərcumandı:

Gəzər toy-bayramda, halayda şeri.

 

Nüsrət haqdan gələr: bu, bir gərçəkdi!

Sözü ucaldıqca dincliyi çökdü.

Şerin əzabını fil kimi çəkdi;

Saxlar gözü üstdə bu soy da şeri!

 

Sözü bilmisiz?! Söz bir xunxardı:

Əmr etdi, Zəlimxan dağları yardı!

Çılğın qayalardan xam söz qopardı;

Belə Cilalandı bir qayda şeri.

 

Məmməd Aslan heyran ağıl-huşuna.

Kürdən qol ayrılır çağlayışına;

Muncuqtək düzülür soy yaddaşına:

Otaydan oxunur Butayda şeri!...

Bakı 23.01.2014.

–———————-

X. HatayTəkləməkanda (Çin) türklərin

gur yaşadıqları qədim şəhər.

 

DÜNYA, BU DÜNYA...

 

Yaddaşı ölərsə, ölər dünya da;

Varlıqdan silinən düşməz ki yada!

Buz dağlar ərisə, bir ada qalmaz:

Buzlaqlar düşməsin biz düşən oda!...

 

UYUŞUM

 

Mən sənin qarşında kor güzgüymüşəm;

Halından xəbərsiz bir özgəymişəm.

Hər kimsə bir özgə yolun yolçusu;

Rəncbər çəltik döyər, mən söz döymüşəm.

 

Dünyamız karsala, zaman əsəbi;

Dəyişir insanın fikri, mətləbi.

Gün önü başqadı, gün sonu başqa:

Səhərlə uyuşmur axşamın təbi...

 

Mən zifri qaranlıq, sən Dan işığı;

İstədim borc  alam səndən işığı.

Mənim qəmxanamda zərrəcə nur yox;

Bəs necə qaytarsın zindan işığı?!

 

Bu yol öndən-sona ömürlə bitən;

Gah qəfil tapılan, gah qəfil itən...

Füzulidən soruş, Məcnundan öyrən:

Oldumu bu yolda murada yetən?!

 

Günah həm məndədir, günah həm səndə;

Min əzab çəkməyə gəlir hər bəndə...

Olarla-olmazın dərdini çəkmə:

Bəla: “Gəldim!”-deməz; gələr gələndə.

 

Od tutub yanandan köz qala keşkə!

Köz külə dönməyə, söz qala keşkə!

Yanmağa yanırsan; mübarək olsun!

Barı səndən qalan düz qala keşkə!

Sumqayıt  14.02.2014.

 

Daş BÜRÜNCƏKLİ

DƏNİZ – 2

 

BAKI-Kürdəmir yolunun başlanğıcında (Sahil qəsəbəsindən sonra) göz nurumuz olan mavi Xəzər qəflətən yoxa çıxır. Bir-birinə calanmış qalın hündür daş divarlardan nəinki dəniz, heç qarşı üfüqlər görünmür. Dənizimizi amansızlıqla udmuş bais divarlar haqqında ikinci düşüncələrimdir bu naçar yazı.

 

Hardan köçüb qonub fağırlar bura?!

Bəlkə dolu kimi yağırlar bura...

Gələn yox, gedən yox, bir qaraltı yox,

Yasaqmı yol bura, cığırlar bura?!.

 

Eləcə divardı əvvəldənsona;

Çağırsan, səs gəlməz; min dəfə sına!

Mavi bir dənizi birdən udublar;

Hanı o quşlar ki, gəlməzdi sana?!

 

Hansı məmləkətdən, hansı dünyadan?!.

Timsahmı, azmanmı Xəzəri udan?!.

Üfüq görsənmir, ha boylan, ha bax:...

Hardan çıxır Günəş, hardan doğur Dan?!

 

Görəsən, daşların məzhəbi nədi?!

Bu daş bürüncəyin səbəbi nədi?!

Dünyadan ayrılmış bu insanların

Öyrənsəydik: soyu-nəsəbi nədi?!.

 

Hal tutaq, hay verək, əvəz gözləyək...

Şirin söz eşidək, şirin söz deyək.

Baxaq ordakılar bizdəndilərsə,

Həm əzizlik duyaq, həm əzizləyək...

 

Öyrənmək zor işdi: haralı, nəçi?!

Hansı planetdən, hardanmış köçü?!

Millət saydıqları: evindəkilər,

Vətən dedikləri: hasarın içi...

 

Üz tutub gedirik məchul sabaha,

Mənim bundan özgə sözüm yox daha...

İstədim: şerimi yarımçıq qoyam,

SABİR tamamladı: “Amma millət a!..”

                                                     Bakı 06.03.2014.

 

TƏBRİZ XİFFƏTİ

 

(Rübai)

 

Haçandı, Təbrizdən bir soraq gəlməz,

(Ağlıma gələndən min iraq!-Gəlməz!)

Pərişan dünyama sığal çəkməyə

Dişləri nur saçan bir daraq gəlməz......

Bakı 08.03.2014

 

YER GÖYDƏN ASILI,

GÖY YERƏ BAĞLI

 

(İlk qarla yağan rübai düzümü)

 

Bu bəyaz günümüz gözəl belə!

Qar belə yağardı çox əzəl belə!

Dupduru bir yazın müjdəsi olsun!

Düzəlirsən, dünya, di düzəl belə.

 

Göydən süd yağışı yağdımı yerə?!

Hardan bu qədər süd, o boyda nəhrə?!

Acgöz körpə kimi Yer əmdi Göyü,

Alqış bu cəlala, bu bəyaz sehrə!

 

Aləm təzələnə, bax, belə keşkə!

Bərraqlıq doluşa evlərə, köşkə!

Pay almaq olaydı bu duruluqdan;

olar başlasa insan da məşqə...

 

İnsan öz-özüylə bacara bilə;

Mənəvi dəyərlər cücərə bilə!

Təriylə sulaya bağ-bostanını,

Təmiz əkib, təmiz becərə bilə!...

 

Bu qardan dirçələ Yerüzü bəlkə,

Sıyrıla gecənin gündüzü bəlkə.

Durulub dünyaya qayıtmaq üçün,

Qarıyla dondura Göy bizi bəlkə.

 

Qar üstdən qar tökə: Yer doyanacan!

Həm Yerə can gələ, həm insana can!

Qış yazın şəklini indidən çəkir:

Bəmbəyaz bir çiçəkbudaqda açan.

 

Yerə görüm-baxım olmasa Göydən,

Çökər canlı aləm, kəsilər heydən.

Xaral-xaral yağan bu qardan sonra

Çeşmənin dili açılar keydən.

 

Bəndə şərməndə qalmaz Pirinə,

Səcdələr başlayar giley yerinə...

Səbəbsiz alqış, qarğış yağar:

Gərək çən dağıla, Günəş görünə.

 

Yer Göydən asılı, Göy Yerə bağlı:

Gör ki:bir-birinə bənd-bərə bağlı...

Görünən  varsa, Onun əmrində;

On səkkiz min aləm tək Birə bağlı!

Səsi Haqqa çatan Təkbirə bağlı!

 

Möcüzə yağdırdın bu dəfə, Allah!

Dərya mərhəmətin hər kəsə agah!

Bir qara daşına tay tutma bizi:

Duysan bəndəlikdən sapmışıq hərgah!

 

Bu qar cığır açar möhnətdən bizə;

Bu qar müjdə verər Cənnətdən bizə.

Bir yaz qollarını açaraq gəlir:

Xonçası mindürlü nemətdən bizə.

 

Qar da yağdığına sevinər onda,

Ömrü bahar olar onun da sonda.

Cənnət, xəlvətindən aşkara çıxar,

İnsanlar görünər mələk donunda.

 

Qar altdan bir ümid pıçıldar nəsə,

Min ömür verərdim bu sirli səsə!

Mənim ünvanıma axışıb gəlin:

Zəm-zəm gətirmişəm bir dolu kasə.

 

Bu qar da, soyuq da bir xatırlatma;

Bir əməl xovudur çıxma batma.

Səni səndən dəqiq tanıyır Rəbbin;

Bacara bilməzsən, Rəbbi aldatma.

 

Göylərdən ələnən o qar kimiyəm,

Gülə-gülüstana baxar kimiyəm.

Nur yağdı, gur yağdı bu qarla birgə:

Qardan baş qaldıran bahar kimiyəm.

Sumqayıt  30.01.2014.

 

MEŞƏLƏR SULTANI

 

Körpəlik dostum Yerlicəli şair

Salman Ramazana.

 

Payız meşələri soyundurardın,

Yaşıla bükərdin yaz meşələri:

Ətəkdənzirvəyə sən qaldırardın

Nazlı meşələri, qız meşələri.

Əlləri əlində, saçında sənin,

Tərifi dilinin ucunda sənin.

Pay-püştü çiynində, xurcunda sənin...

Canına can bildik biz meşələri.

Bir cır armud bizim qoymazdın olsun,

Alçası, əriyi qıymazdın olsun...

Fələk saydığını saymazdın olsun,

Sənə naz öyrətdi naz meşələri.

 

Hayıf Yellicəyə, o yurda,  Salman!

Aləm vardı çöldə-çayırda, Salman!

Həsrəti qəlbimi oyur ta, Salman,

Kaş bir görərdik güz məşələri!

 

Dönmüşdün dağlarda yorğun səyyada,

Çətin görünərdin qohuma, yada,

Getdi əl-ayağın daşda-qayada,

Demədimmi dolan az meşələri?!...

 

Fələkmi, kələkmi meşəni aldı?!

yaman əlimiz qupquru qaldı...

Bu necə taledi, necə iqbaldı?!

İndi gözyaşınla yaz meşələri.

 

Yer-yurd qızıllana, zər-ziba geyə!

Ozan şəlalələr vəsfini deyə.

Allah öymüşləri bəndə öyə,

Öyməklə qayıtmaz söz meşələri...

Gəncə 22.01.2014

 

DÜNYA

Səməd VurğununDüyarədifli

qoşmasına

günümüzün ovqatına bürünmüş

sitəmli bir nəzirə

 

Gah gülə baş qoyub, gülüstan olar,

Gahdan da bürünər bir qışa dünya.

Sağ tutar qoymadı torpağın üstdə,

Qəlblərdə başladı savaşa dünya.

 

 

Əzəldən- əbədə hökm et, parçala!

Ya qılınc doğraya, ya ilan çala...

Bir dəfə görmədik bir səbəb sala:

Qurduyla quzusu barışa, dünya.

 

Yaz gəlincə dünya zərgər olardı,

Sehrindən qayalar çim zər olardı.

Çəmənlər titrəşib vər-vər olardı:

Nəqşə öyrədərdi nəqqaşa dünya.

 

Onda ana bildik, varmı o namı?!

Nizamı pozulmuş, yoldan yanamı?!

Gah zəlzələ qopur, gah da sunami,

Can çəkir çaxnaşa-çaxnaşa dünya.

 

Axşam hay-haraylı, səhər mürgülü,

Qanqal dara çəkdi bağda bir gülü...

Qurbağa susdurdu naçar bülbülü,

Haşa eşidəndən, min haşa, dünya!.

 

Kinlə, küdurətlə ürəklər dolu,

Yatmır uyuşuma ta bəşər oğlu.

Artıb nifaq oğlu, artıb şər oğlu,

Olub başdan-başa qarğaşa dünya.

 

Durmadı imanla söz arxasında,

Qol açıb oynadı oğul yasında.

O qədər itirdi ağlını sonda:

Gəldi öz-özüylə baş-başa dünya.

 

Cümlə məxluqata anasan guya,

Vəsfini qaldırdıq ərşi-əlaya.

Sənin günahını çətin ki yuya:

İstər Yer ilə Göy qovuşa, dünya.

 

Biryolluq qeyb edər yaşıl-alını;

Dönüb özgələrdən sorar halını,

Büsbütün itirər cah-cəlalını,

Qalar bəyzadə, paşa, dünya.

 

Can çəkir ortada göz baxa-baxa,

Get-gedə azalır ümid sabaha...

Təlatüm içindən sıyrılıb çıxa,

Salamat sahilə yanaşa dünya!

                    

NANKOR

 

Nankor bir övlada sahib olmaq ilan dişindən daha dəhşətli əzab verər.

                         V.Şekspir

Yaxşılığa qarşı nankorluq göstərən adamın yaxasından səfalət əl çəkməz. 

Həzrəti- Süleyman

 

Ən böyük korluq nankorluqdur! 

                  

Hacı Bəkdaş Vəli.

 

Ataya oldu nankorun biri,

Üzündə çaxnaşdı qəlbinin kiri.

Leşdi, ya cəsəddi?!. Bilmək çətindi,

İndi kim çağırsın inkir-minkiri?!.

 

dəxli: deyib, təhər deyib?!.

Deyib, vicdanından bixəbər deyib.

Allahın haqqıdır Atanın haqqı!

Bunu mən demirəm; Peyğəmbər deyib.

 

Ata qibləgahın, Ata nur çeşmən!

Boylanar üfüqdən Gün peşman-peşman...

Qurani-Kərimdən çörək əvvəldir!

Çörəyə xor baxanAllaha düşmən!

 

 

Hər kəsin kimliyi sözündən gələr,

Bu mətləbə təsdiq yüzündən gələr!

Çörək itirəni Haqq bağışlamaz:

Nankorun yediyi gözündən gələr!

 

Görəcəyi varmış soyunsoydaşın...

Əyər, sinəsinə dağlar da başın.

Gərdişin dövranı gör necə döndü:

Qəmxar tək-tək gələr, qəm qoşun-qoşun.

 

Nankorluq başlayıb hər şeyə doğru,

Müqəddəs Qurana, həm Göyə doğru.

Təpədən-dırnağa nifrət tuluğu:

Ədəbə, ərkana, sevgiyə doğru.

 

Çörək gözümüzdə müqəddəs nemət!

Nankorluq bu üzdən böyük Qiyamət!

Nütfədən saf gələn imansız olmaz,

Nankor xəlvət gələr dünyaya,əlbət!

 

Əgər ata yoxsa, həm yoxmuş Allah!

Nöyzənbillah deyin, min nöyzənbillah!

Sən necə ərsəyə çatardın, qafil,

Bir evdə olmasa Ata qibləgah?!

 

Çeşməylə damlası eyni olmazmı?!

Nankorun bir zərrə beyni olmazmı?!

Hər şeydən qanmağa qol-qanad çalar;

Nəslinə boylanan zehni olmazmı?!

 

Nankorlar dünyada eybəcər xəstə!

Hansı quş düz uçar tək qanad üstdə?!

Ata-babasını rüsvay eyləyər

Şüursuz qarğalar zildə pəsdə.

 

Toxumu zay torpaq çürütsə əgər,

Əcrini kim çəkər:Yer, yaxud rəncbər?!

Şorana atdığın palıd cücərməz:

Südlə gələn illət sümüklə gedər.

Bakı 03.03.2014

 

YÜKSƏKLİKDƏKİ

 

Tanrının günü bitməz,

Asadurun günü bitər!”

(erməni atalar sözü)

 

Yüksəklik qamaran, ey alçaq yağı,

Cümlə yaranmışın rəzil alçağı!

Başını çiynində dim-dik görmədik,

Şər ilə şeytanın əli-ayağı!

 

Yüksəklik baş demək, baş sənin deyil!

Zirvədən atdığın daş sənin deyil!

Şuşa Qarabağın üzük qaşıdır!”

Üzük sənin deyil, qaş sənin deyil!

 

Hesaba çəkilər hiylə , şər !

Yüksəklik  yerində!.. Qalxan düşər !

Xalqın intiqamı dolub-daşdımı,

Vulkanlar püskürər, dağlar deşər !..

                09.03.2014

 





07.04.2014    çap et  çap et