525.Az

Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı intihar edib


 

Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı intihar edib<b style="color:red"></b>

Azərbaycan Ordusunun zabiti intihar edib.

Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayon ərazisindəki hərbi şəhərcikdə qeydə alınıb.
 
Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Natiq Balıyev yaşadığı evdə özünü asıb.
 
Hadisə yerində rayon Prokurorluğunun əməkdaşları gəlib, intiharın səbəbləri araşdırılır.
 
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 





07.04.2014    çap et  çap et